Bazar ertəsi , 10 Dekabr 2018

Home » Hadisə » Yataqxanadan meyit tapıldı

Yataqxanadan meyit tapıldı

Noyabr 12, 2018 12:16 am Bölmə: Hadisə, Manset A+ / A-

meyit1541953349Gəncə şəhər Gülüstan qəsəbəsində 46 yaşlı kişinin meyiti tapılıb.

Veten-tv.az“Report”a istinadən xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan vətəndaşlardan biri qonşusunun mənzilindən kəskin iy gəldiyi barədə adəti qurumlara müraciət edib.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının iştirakı ilə göstərilən mənzilə giriş edilib və orada tək yaşadığı bildirilən, Kəlbəcər rayon sakini, 1972-ci il təvəllüdlü Etibar Haqverdi oğlu Əhmədovun meyiti aşkarlanıb. İlkin ehtimallara görə, E.Əhmədov bir neçə gün əvvəl öz əcəli ilə ölüb.

Meyit tibbi ekspertızaya aparılıb və onun dəqiq ölüm səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Yataqxanadan meyit tapıldı Reviewed by on . Gəncə şəhər Gülüstan qəsəbəsində 46 yaşlı kişinin meyiti tapılıb. Veten-tv.az"Report"a istinadən xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin mə Gəncə şəhər Gülüstan qəsəbəsində 46 yaşlı kişinin meyiti tapılıb. Veten-tv.az"Report"a istinadən xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin mə Rating: 0
Smiley face
scroll to top