Şənbə , 17 Noyabr 2018

Home » Dünya » Türkiyədə hərbi bazada partlayış: ölənlər və yaralılar var – YENİLƏNİB

Türkiyədə hərbi bazada partlayış: ölənlər və yaralılar var – YENİLƏNİB

Noyabr 10, 2018 2:17 pm Bölmə: Dünya, Manset A+ / A-

1505647708Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb.

Veten-tv.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Onun sözlərinə görə, hadisə zamanı 25 hərbçi yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

13:46

Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində dörd əsgər şəhid olub.

Veten-tv.Az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün anma mərasimində çıxışı zamanı bildirib:

“Bu gecə silah anbarında partlayış nəticəsində dörd övladımız şəhid oldu, 20-yə yaxın :yaralımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik”, – deyə o bildirib

9 noyabr, 23:54

Türkiyədə hərbi bazada partlayış nəticəsində azı 25 hərbçi yaralanıb.

Veten-tv.Az xəbər verir ki, hadisə Hakkari vilayətində baş verib.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbçilər ağır texnika üçün nəzərdə tutulan silah-sursatın partlaması nəticəsində yaralanıb.

Daha 7 nəfərin axtarışı davam edir.

Faktla bağlı araşdırma aparılır. /Oxu.az

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Türkiyədə hərbi bazada partlayış: ölənlər və yaralılar var – YENİLƏNİB Reviewed by on . Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb. Veten-tv.Az Türkiyə KİV-ə istinadən xəbər ver Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb. Veten-tv.Az Türkiyə KİV-ə istinadən xəbər ver Rating: 0
Smiley face
scroll to top