Şənbə , 17 Noyabr 2018

Home » Hadisə » Şirvanda iki uşaq yanğında tüstüdən boğularaq öldü

Şirvanda iki uşaq yanğında tüstüdən boğularaq öldü

Noyabr 9, 2018 12:27 am Bölmə: Hadisə, Manset A+ / A-

1-3-676x420Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Veten-tv.Az “Report”a istinadən xəbər verir ki, şəhər sakini Əbilov Davuda məxsus fərdi yaşayış evində olub.

Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib.

Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı – 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Şirvanda iki uşaq yanğında tüstüdən boğularaq öldü Reviewed by on . Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Veten-tv.Az “Report”a istinadən xəbər verir ki, şəhər sakini Əbilov Davuda məxsus fərdi yaşayış e Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Veten-tv.Az “Report”a istinadən xəbər verir ki, şəhər sakini Əbilov Davuda məxsus fərdi yaşayış e Rating: 0
Smiley face
scroll to top