Şənbə , 17 Noyabr 2018

Home » Cəmiyyət » Qatarla avtobusun toqquşmasında ağır yaralanan gəncin köməyə ehtiyacı var – FOTO

Qatarla avtobusun toqquşmasında ağır yaralanan gəncin köməyə ehtiyacı var – FOTO

Noyabr 7, 2018 10:27 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

45483007_709616629415104_316168056080433152_n1541593374Bu ilin oktyabrın 1də Binədə qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan Novruz Salmanova görə kampaniya başladılıb.

Bu haqda Modern.aza Novruzun dostları bildirilib.

 

Qeyd edək ki, Novruz ilk olaraq Sabunçu xəstəxanasına aparılıb.

 

6 oktyabrda isə Mərkəzi Klinikaya köçürülüb. Novruz gündən bəri komadadır. Ayaqlarında 2 yerdə qırıq var, qaraciyəri parçalanıb, qabırğaları və almacıq sümükləri qırılıb, beynində isə qan yığılıb.

 

Bu günə qədər 8 dəfə əməliyyat keçirən Novruzun bundan sonrakı əməliyyatı və müalicəsi üçün pula ehtiyac var.

Yardım etmək istəyənlər 0775352177 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 3 nəfər ölüb, azı 42 nəfər yaralanıb. Ölənlərdən biri 12-13 yaşlarında məktəbli olub.

 

Baş Prokurorluq bildirmişdi ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi üzrə cinayət işi başlanıb.

Avtobus sürücüsü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Baş Prokurorluq bildirib ki, istintaqda hadisə baş verən gün sürücünün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edilib və marşrut xəttinin aid olduğu “Ayşən LTD” MMC-nin dispetçeri barəsində də həbs qətimkan tədbiri seçilib.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Qatarla avtobusun toqquşmasında ağır yaralanan gəncin köməyə ehtiyacı var – FOTO Reviewed by on . Bu ilin oktyabrın 1də Binədə qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan Novruz Salmanova görə kampaniya başladılıb. Bu haqda Modern.az-a Novruzun dos Bu ilin oktyabrın 1də Binədə qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan Novruz Salmanova görə kampaniya başladılıb. Bu haqda Modern.az-a Novruzun dos Rating: 0
Smiley face
scroll to top