Şənbə , 17 Noyabr 2018

Home » Manset » Müəllim ciblərinə xitabən yazılanlar – kurikulum vəsaitləri – Pedaqoqların sərt tənqidi

Müəllim ciblərinə xitabən yazılanlar – kurikulum vəsaitləri – Pedaqoqların sərt tənqidi

Noyabr 7, 2018 8:57 pm Bölmə: Manset, Təhsil A+ / A-

azedu.az_pedaqogiak-muellimler_986Yeni vəsaitlərin böyük əksəriyyəti bir-birindən köçürülərək nəşrə təqdim olunan materiallardır”, – Məcid Musayev

“Hamısı ancaq nəzəriyyədir, praktiki heç nə yoxdur”, – Kamran Əsədov

Təhsil üzrə ekspert K. Əsədovun sözlərinə görə,  vəsaitlərdəki bütün məlumatlar internetdə var:

“Məhz Təhsil Nazirliyi MİQ və DQ imtahanlarında iştirak edən şəxslərə təqdim etdiyi test tapşırıqlarını nəzəriyyə tipli suallarla həyata keçirir. Yəni bu vəsaitlərin hansısa bir üstünlüyü yoxdur. İnternetdə də o nəzəri məlumatlar var.

Sadəcə olaraq, o vəsaitlərdə kurikulum nəzəriyyəsi ilə bağlı müəllifin test tapşırıqları var ki, bu da müdavimlərin bilik və bacarıqlarının yoxlanılması, özlərini sınaması üçün faydalıdır”.

“Kurikulumla bağlı təkcə internet materiallarında istifadə etmişəm”.

Bu sözləri İsmayıllı rayon, İstisu kənd orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Məcid Musayev AzEdu.az – a açıqlaması zamanı deyib.

O, qeyd edib ki, özü  işəqəbulla bağlı hansısa vəsaitdən istifadə etməsə də, həmin vəsaitlərlə tanışdır:

“Heç bir işə qəbul ilə bağlı kursa belə müraciət etməyi də lüzum görməmişəm. Çünki əsl müəllim ixtisasını daim mükəmməl bilməlidir. Qaldı ki, işə qəbul ilə bağlı vəsaitlərə, doğrusu, kurikulum materialı olaraq internetdə kifayət qədər məlumatlar var. Bunlardan istifadə etmək kifayət edir. Yeni vəsaitlərin böyük əksəriyyəti bir-birindən köçürülərək nəşrə təqdim olunan materiallardır. Hər biri bir-birinin təkrarıdır. Mənə görə, heç bir yenilik yoxdur”.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Müəllim ciblərinə xitabən yazılanlar – kurikulum vəsaitləri – Pedaqoqların sərt tənqidi Reviewed by on . “Yeni vəsaitlərin böyük əksəriyyəti bir-birindən köçürülərək nəşrə təqdim olunan materiallardır”, - Məcid Musayev “Hamısı ancaq nəzəriyyədir, praktiki heç nə yo “Yeni vəsaitlərin böyük əksəriyyəti bir-birindən köçürülərək nəşrə təqdim olunan materiallardır”, - Məcid Musayev “Hamısı ancaq nəzəriyyədir, praktiki heç nə yo Rating: 0
Smiley face
scroll to top