Şənbə , 17 Noyabr 2018

Home » Manset » Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı

Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı

Oktyabr 19, 2018 12:02 pm Bölmə: Manset, Təhsil A+ / A-
ceyhunbayramTəhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən “Ölkə.Az”a  verilən məlumata görə, əmrə əsasən, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları” təsdiq edilib.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyində müsabiqə və apelyasiya komissiyaları yaradılıb.

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron qaydada keçirilir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Müsabiqənin 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı Reviewed by on . Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb. Təhsil Nazir Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb. Təhsil Nazir Rating: 0
Smiley face
scroll to top