Şənbə , 17 Noyabr 2018

Home » Cəmiyyət » Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var – YENİLƏNİB

Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var – YENİLƏNİB

Oktyabr 19, 2018 11:45 am Bölmə: Cəmiyyət, Manset A+ / A-

gBakıya gələn gəmidə kütləvi zəhərlənmənin səbəbi məlum deyil.

Veten-tv.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəsisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, səkkiz gəmiçi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib:

“Onların vəziyyəti orta ağırdır. Gəmiçilərin nədən zəhərləndiyi bilinmir. Nəticələr analizlərin nəticələrindən sonra bəlli olacaq”.

09:39

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən üçü dünyasını dəyişib.

Veten-tv.az bildirir ki, bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Zəhərlənənlərdən yeddisi xəstəxanaya yerləşdirilib. Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib.

Qeyd olunur ki, zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var – YENİLƏNİB Reviewed by on . Bakıya gələn gəmidə kütləvi zəhərlənmənin səbəbi məlum deyil. Veten-tv.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəsisi Səfayə Əhmədo Bakıya gələn gəmidə kütləvi zəhərlənmənin səbəbi məlum deyil. Veten-tv.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəsisi Səfayə Əhmədo Rating: 0
Smiley face
scroll to top