Şənbə , 17 Noyabr 2018

Home » İdman » Olimpiya çempionumuz İngiltərəyə aparılmadı

Olimpiya çempionumuz İngiltərəyə aparılmadı

Oktyabr 17, 2018 7:30 pm Bölmə: İdman, Manset A+ / A-

radikBöyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Qran Pri turnirin növbəti mərhələsi keçiriləcək.

Veten-tv.Az xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına reytinq xalları verən yarışda böyüklərdən ibarət milli yığma komandamız altı idmançı ilə təmsil olunacaq.

Bu gün Mançester şəhərinə yollanan komandamızın heyətində Həşim Məhəmmədov (58 kq), Ayxan TağızadəMəhəmməd Məmmədov (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) yer alıb. Turnirə Olimpiya çempionumuz Radik İsayev aparılmayıb.

Qeyd edək ki, yarışlara oktyabrın 19-da start veriləcək və üç gün davam edəcək. Taekvondoçularımız oktyabrın 22-də vətənə dönəcək.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Olimpiya çempionumuz İngiltərəyə aparılmadı Reviewed by on . Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Qran Pri turnirin növbəti mərhələsi keçiriləcək. Veten-tv.Az xəbər verir ki, 2020-ci ildə keçiriləcək Toki Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Qran Pri turnirin növbəti mərhələsi keçiriləcək. Veten-tv.Az xəbər verir ki, 2020-ci ildə keçiriləcək Toki Rating: 0
Smiley face
scroll to top