Şənbə , 17 Noyabr 2018

Home » Dünya » Məhkum azərbaycanlı qadının övladları İraqdan Gürcüstana gətirildi – VİDEO

Məhkum azərbaycanlı qadının övladları İraqdan Gürcüstana gətirildi – VİDEO

Oktyabr 14, 2018 4:09 pm Bölmə: Dünya, Manset, Video A+ / A-

dİraqda ömürlük həbs cəzasına məhkum edilən Azərbaycan əsilli Gürcüstan vətəndaşı Şəlalə Səmədovanın övladları Tbilisiyə gətirilib.

Veten-tv.Az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, İraqdan qaytarılan üç uşağı Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani qarşılayıb.

Ş.Səmədova həyat yoldaşının İŞİD terror qruplaşmasının sıralarında döyüşdüyü üçün ömürlük həbsə məhkum edilib.

İraq qanunlarına görə, müəyyən yaş həddinə qədər uşaqlar anaları ilə birgə həbsxanada saxlanılır, daha sonra isə yerli uşaq evlərinə təhvil verilirlər.

Bu il mayın 23-də Teya Tsulukiani Bağdad həbsxanasında Ş.Səmədovaya baş çəkib. Məhkum övladlarını Gürcüstanda yaşayan valideynlərinin himayəsinə göndərmək istəyini ifadə edib.

Tsulukiani bildirib ki, Ş.Səmədova İraqda məhkumluq həyatı yaşayan yeganə Gürcüstan vətəndaşıdır. Oxu.az

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Məhkum azərbaycanlı qadının övladları İraqdan Gürcüstana gətirildi – VİDEO Reviewed by on . İraqda ömürlük həbs cəzasına məhkum edilən Azərbaycan əsilli Gürcüstan vətəndaşı Şəlalə Səmədovanın övladları Tbilisiyə gətirilib. Veten-tv.Az Gürcüstan mətbuat İraqda ömürlük həbs cəzasına məhkum edilən Azərbaycan əsilli Gürcüstan vətəndaşı Şəlalə Səmədovanın övladları Tbilisiyə gətirilib. Veten-tv.Az Gürcüstan mətbuat Rating: 0
Smiley face
scroll to top