Şənbə , 17 Noyabr 2018

Home » Cəmiyyət » Almaniyada oğurlanan maşın Azərbaycanda tapıldı — FOTO

Almaniyada oğurlanan maşın Azərbaycanda tapıldı — FOTO

Oktyabr 14, 2018 1:55 am Bölmə: Cəmiyyət, Manset A+ / A-
almanmasiAzərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.

DGK-dan “Ölkə.Az”a verilən xəbərə görə, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus “Mercedes-Benz E 220” markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, “Mercedes-Benz E 220” markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən “Sixt Gmbh & Co” kirayə şirkətinə məxsusdur. Faktla bağlı araşdırma aparılır.

43788-1539413195

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Almaniyada oğurlanan maşın Azərbaycanda tapıldı — FOTO Reviewed by on . Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib. DGK-dan "Ölkə.Az"a verilən xəbərə görə, D Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib. DGK-dan "Ölkə.Az"a verilən xəbərə görə, D Rating: 0
Smiley face
scroll to top