Çərşənbə axşamı , 16 Oktyabr 2018

Home » Cəmiyyət » “Orqan mafiyası” ilə məşğul olan qadının FOTOSU YAYILDI

“Orqan mafiyası” ilə məşğul olan qadının FOTOSU YAYILDI

Oktyabr 11, 2018 1:52 pm Bölmə: Cəmiyyət A+ / A-

oSosial şəbəkədə uşaq oğurluğu və orqan alveriylə məşğul olduğu iddia edilən qadının fotosu yayılıb. Sözügedən şəxsin və bir neçə başqa qadının iştirakı ilə məktəblilər oğurlanaraq, orqanları çıxarılır. İddialara görə, bir neçə gün öncə Qubada bir uşaq oğurlanaraq böyrəyi çıxarılıb. Səs yazısında həmçinin qeyd edilir ki, cinayətkarlar uşaqları oğurlayarkən polis geyimindən istifadə edirlər.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların “orqan mafiyası” tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə, respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib: “Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”. (ölkə.az)

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


“Orqan mafiyası” ilə məşğul olan qadının FOTOSU YAYILDI Reviewed by on . Sosial şəbəkədə uşaq oğurluğu və orqan alveriylə məşğul olduğu iddia edilən qadının fotosu yayılıb. Sözügedən şəxsin və bir neçə başqa qadının iştirakı ilə məkt Sosial şəbəkədə uşaq oğurluğu və orqan alveriylə məşğul olduğu iddia edilən qadının fotosu yayılıb. Sözügedən şəxsin və bir neçə başqa qadının iştirakı ilə məkt Rating: 0
Smiley face
scroll to top