Çərşənbə axşamı , 16 Oktyabr 2018

Home » Cəmiyyət » Bakıda 3-cü sinif şagirdi məktəbdə intihar etmək İSTƏDİ

Bakıda 3-cü sinif şagirdi məktəbdə intihar etmək İSTƏDİ

Oktyabr 11, 2018 1:09 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

img_11054_slide21539244111Bakıda 302 nömrəli məktəbdə intihara cəhdin qarşısı alınıb.

Veten-tv.az bildirir ki, bu barədə Modern.az-a məktəbdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, oktyabrın 10-u saat təxminən 08:48 radələrində, tənəffüs zamanı III sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

Ötən tədris ilindən dərsə dəvamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.

Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib. Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib.

Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda 3-cü sinif şagirdi məktəbdə intihar etmək İSTƏDİ Reviewed by on . Bakıda 302 nömrəli məktəbdə intihara cəhdin qarşısı alınıb. Veten-tv.az bildirir ki, bu barədə Modern.az-a məktəbdən məlumat verilib. Məlumatda qeyd olunur ki, Bakıda 302 nömrəli məktəbdə intihara cəhdin qarşısı alınıb. Veten-tv.az bildirir ki, bu barədə Modern.az-a məktəbdən məlumat verilib. Məlumatda qeyd olunur ki, Rating: 0
Smiley face
scroll to top