Çərşənbə axşamı , 16 Oktyabr 2018

Home » Manset » Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb

Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb

Oktyabr 10, 2018 4:00 pm Bölmə: Manset, Təhsil A+ / A-

teargasBakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər.

76 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildirilib ki, oktyabrın 10-u, saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizinə gözyaşardıcı qaz buraxıb.

Doqquz şagird zəhərlənib. Zəhərlənən şagirdlər Bakı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda şöbədə altı uşaq müalicə alır:

“Biri oğlan, beşi qızdır. Vəziyyətləri stabildir. Uşaqlar qorxublar. Heç bir həyati təhlükələri yoxdur. Hazırda müayinələrdən keçirlər. Lazımi tədbirlər görülür. Bu gün ərzində şagirdlər evə buraxılacaqlar”.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb Reviewed by on . Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər. 76 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildiril Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər. 76 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildiril Rating: 0
Smiley face
scroll to top