Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Manset » Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında

Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında

Oktyabr 10, 2018 3:53 pm Bölmə: Manset, Siyasət A+ / A-

lebAzərbaycan və Ermənistan prezidentləri arasında Düşənbədə keçirilən MDB liderlərinin sammiti çərçivəsində baş tutan görüş Dağlıq Qarabağda gərginliyi azaldıb.

Veten-tv.Az “İnterfaks”a istinadla xəbər verir ki, bu fikirləri MDB icraiyyə komitəsinin baş katibi Sergey Lebedev deyib.

“Mən Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın bir-birinə yaxınlaşdığının və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdiyinin şahidi oldum. Hazırda münaqişə zonasında gərginlik azalıb”, – Lebedev Minskdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hər iki ölkədə gərginliyin azaldılması üçün səlahiyyətli qurumlara müvafiq göstərişlər verilib.

“Biz ümid edirik ki, iki ölkə rəhbəri bu ilk məzmunlu təmasını davam etdirəcək, bu da Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından müsbət nəticələr verəcək”, – Lebedev əlavə edib.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında Reviewed by on . Azərbaycan və Ermənistan prezidentləri arasında Düşənbədə keçirilən MDB liderlərinin sammiti çərçivəsində baş tutan görüş Dağlıq Qarabağda gərginliyi azaldıb. V Azərbaycan və Ermənistan prezidentləri arasında Düşənbədə keçirilən MDB liderlərinin sammiti çərçivəsində baş tutan görüş Dağlıq Qarabağda gərginliyi azaldıb. V Rating: 0
Smiley face
scroll to top