Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Dünya » Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirildi

Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirildi

Oktyabr 9, 2018 9:27 pm Bölmə: Dünya, Manset A+ / A-

trABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarışı imkanlarını görür.

Veten-tv.Az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz prezident Donald Trampın Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların yaranması barədə bəyanatını şərh edərkən deyib.

“Düşünürəm ki, Trampın bəyanatında sirr yaxud gizli mesajlar yoxdur. Biz ölkələrdə siyasi prosesləri görürük. Bu, ötən il Azərbaycanda keçirilən seçkilər və may ayında Ermənistanda baş verən hadisələrdir. ABŞ prezidentinin müraciəti onunla bağlıdır ki, o, hər iki ölkədə Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarılmasına kömək edəcək yeni impuls və əhval-ruhiyyə görür. Bu, ümid müraciətidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Tramp Ermənistanın müstəqillik günü münasibəti ilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubunda yaxın aylarda Qarabağ nizamlanması üçün yeni imkanların açılacağını bildirib.  Oxu.az

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirildi Reviewed by on . ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarışı imkanlarını görür. Veten-tv.Az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, b ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarışı imkanlarını görür. Veten-tv.Az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, b Rating: 0
Smiley face
scroll to top