Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Cəmiyyət » Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu

Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu

Sentyabr 26, 2018 12:43 am Bölmə: Cəmiyyət, Manset A+ / A-

15378983771386354684_1000x669Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.

Veten-tv.Az Azərtac-a istinadən xəbər verir ki, N. Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyirdi.

Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskva ətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskvaətrafı afişası”, “Yeni Qüdsdə rus baleti”, “Masa festivalı” və digər aksiyalar həyata keçirilib.

N. Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. İngilis və fransız dillərini mükəmməl bilir.

Qeyd edək ki, N. Şirəliyeva Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin qızıdır.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu Reviewed by on . Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib. Veten-tv.Az Azərtac-a istinadən xəbər verir ki, N. Şi Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib. Veten-tv.Az Azərtac-a istinadən xəbər verir ki, N. Şi Rating: 0
Smiley face
scroll to top