Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Hadisə » Polis bulvarda tapılan naməlum meyitin yaxınlarını axtarır – FOTO

Polis bulvarda tapılan naməlum meyitin yaxınlarını axtarır – FOTO

Sentyabr 24, 2018 3:24 pm Bölmə: Hadisə, Manset A+ / A-

bulvARSentyabrın 23-də Səbail rayonu ərazisində, Milli Parkda yerləşən “Saat qülləsi”nin yaxınlığında Xəzər dənizindən təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.

Veten-tv.az bildirir ki, Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir:  boyu 165-175 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qara, saçları qaradır.

Üzərində qısa qollu qəhvəyi zolaqlı ağ köynək, mavi cins şalvar, qara ayaqqabılar var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02, (050) 636-60-60, (055) 414-65-72, (055) 561-77-85 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Polis bulvarda tapılan naməlum meyitin yaxınlarını axtarır – FOTO Reviewed by on . Sentyabrın 23-də Səbail rayonu ərazisində, Milli Parkda yerləşən “Saat qülləsi”nin yaxınlığında Xəzər dənizindən təxminən 35-40 yaşlarında olan naməlum kişi mey Sentyabrın 23-də Səbail rayonu ərazisində, Milli Parkda yerləşən “Saat qülləsi”nin yaxınlığında Xəzər dənizindən təxminən 35-40 yaşlarında olan naməlum kişi mey Rating: 0
Smiley face
scroll to top