Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Hadisə » Saatlıda kürəkən qayınanasını öldürdü, həyat yoldaşını yaraladı – VİDEO

Saatlıda kürəkən qayınanasını öldürdü, həyat yoldaşını yaraladı – VİDEO

Sentyabr 24, 2018 12:42 am Bölmə: Hadisə, Manset, Video A+ / A-

sSaatlı rayonunda 28 yaşlı Xəyal Həşimovun qayınanasını qətlə yetirməsinin və həyat yoldaşını ağır yaralamasının bəzi təfərrüatları məlum olub.

Veten-tv.Az-ın Report-a istinadən məlumatına görə, Bakı şəhərində yaşayan ailə boşanma üçün məhkəməyə müraciət edib.

Bu səbəbdən aralarında yarana biləcək qarşıdurmadan ehtiyat edən X.Həşimovun həyat yoldaşı, 25 yaşlı Gülbikə Nurəddin qızı HəşimovaSaatlı rayonundakı ata evinə sığınıb.

Lakin həyat yoldaşından boşanmaq istəməyən X.Həşimov ötən gün axşam saatlarında sərxoş vəziyyətdə həmin evə gedərək həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib.

G.Həşimovanın anası Hökumə Alışova qızını xilas etmək istəyərkən X.Həşimov ona da 7 bıçaq zərbəsi endirib. Nəticədə H.Alışova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

G.Həşimova Saatlı Rayon Mərkəzi Xəstəxanasına, daha sonra əməliyyat olunmaq üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Cinayəti törədən X.Həşimov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Saatlıda kürəkən qayınanasını öldürdü, həyat yoldaşını yaraladı – VİDEO Reviewed by on . Saatlı rayonunda 28 yaşlı Xəyal Həşimovun qayınanasını qətlə yetirməsinin və həyat yoldaşını ağır yaralamasının bəzi təfərrüatları məlum olub. Veten-tv.Az-ın Re Saatlı rayonunda 28 yaşlı Xəyal Həşimovun qayınanasını qətlə yetirməsinin və həyat yoldaşını ağır yaralamasının bəzi təfərrüatları məlum olub. Veten-tv.Az-ın Re Rating: 0
Smiley face
scroll to top