Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Manset » Prezident Beynəlxalq Cüdo Federasiyasının rəhbəri ilə görüşüb – FOTO

Prezident Beynəlxalq Cüdo Federasiyasının rəhbəri ilə görüşüb – FOTO

Sentyabr 21, 2018 8:35 pm Bölmə: Manset, Siyasət A+ / A-

prSentyabrın 21-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüblər.

Veten-tv.Az xəbər verir ki, görüşdə cüdo üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə keçirildiyi qeyd olunub. Azərbaycanın mötəbər idman tədbirlərinin mütəmadi olaraq keçirildiyi bir məkana çevrildiyi bildirilib.

Söhbət zamanı Azərbaycanın beynəlxalq idman əməkdaşlığına töhfə verdiyi, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyi bildirilib, Azərbaycan idmançılarının böyük uğurlar əldə etdikləri qeyd olunub.

Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilən görüşdə Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğu vurğulanıb, gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə edilib.

Sonra Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Prezident Beynəlxalq Cüdo Federasiyasının rəhbəri ilə görüşüb – FOTO Reviewed by on . Sentyabrın 21-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birin Sentyabrın 21-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birin Rating: 0
Smiley face
scroll to top