Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Hadisə » Bakıda şadlıq evinin administratoru xadiməni zorladı

Bakıda şadlıq evinin administratoru xadiməni zorladı

Sentyabr 19, 2018 3:53 pm Bölmə: Hadisə, Manset A+ / A-

oBakıda şadlıq evinin administratoru xadiməni zorlayıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki məşhur şadlıq evlərindən birində baş verib.

Veten-tv.Az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Binəqədi rayonu hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Məlumatlara görə, sentyabrın 18-də rayonun 5-ci polis bölməsinə 40 yaşlı paytaxt sakini (etik səbəblərə görə adını açıqlamırıq) müraciət edib. Qadın deyib ki, uşaqlarını saxlamaq üçün Süleyman Sani Axundov küçəsində yerləşən şadlıq saraylarından birində xadimə işləyib. Onun sözlərinə görə, tez-tez toy mərasiminin sonunadək işini bitirmək üçün gec saatlara kimi işdə qalıb.

Zərərçəkmiş deyib ki, sentyabrın 17-dən 18-ə keçən gecə şadlıq evinin administratoru onu zorlayıb.

Hazırda faktla bağlı materialların rayon prokurorluğuna verilməsi üçün işlər aparılır. Hələlik saxlanılan yoxdur.

Xatırladaq ki, bu, son ayda Bakıda yeddinci zorlama faktıdır.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda şadlıq evinin administratoru xadiməni zorladı Reviewed by on . Bakıda şadlıq evinin administratoru xadiməni zorlayıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki məşhur şadlıq evlərindən birində baş verib. Veten-tv.Az xəb Bakıda şadlıq evinin administratoru xadiməni zorlayıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki məşhur şadlıq evlərindən birində baş verib. Veten-tv.Az xəb Rating: 0
Smiley face
scroll to top