Şənbə , 17 Noyabr 2018

Home » Dünya » Tanınmış akademik canlı yayımda öldü – VİDEO

Tanınmış akademik canlı yayımda öldü – VİDEO

Sentyabr 13, 2018 9:39 pm Bölmə: Dünya, Manset, Video A+ / A-

maraqHindistandan olan tanınmış professor və ictimai xadım Rita Citendra“Good Morning J&K” şousunun canlı yayımı zamanı ürək tutmasından vəfat edib.

Veten-tv.Az xəbər verir ki, bununla bağlı “The Sun” məlumat yayıb.

Aparıcı Zahid Muxtarın sözlərinə görə, 86 yaşlı qadın proqram müəlliflərinə həyat haqqında danışırmış və “yaxşı görünürmüş”.

Qəfil Citendra danışmağı dayandırıb və hıçqırmağa başlayıb. Daha sonra isə huşunu itirib.

Efir yarımçıq dayandırılıb və qadına ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Professorun ürək tutmasından dünyasını dəyişdiyi açıqlanıb.

Teleşou müəlliflərinin sözlərinə görə, qadın canlı efirdən əvvəl Hindistanın sabiq prezidenti Əbdül Kəlam kimi iş başında ölmək istədiyini açıqlayıb. Əbdül Kəlam 2015-ci ildə universitetlərdən birində mühazirə zamanı vəfat etmişdi. /Oxu.az

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Tanınmış akademik canlı yayımda öldü – VİDEO Reviewed by on . Hindistandan olan tanınmış professor və ictimai xadım Rita Citendra“Good Morning J&K” şousunun canlı yayımı zamanı ürək tutmasından vəfat edib. Veten-tv.Az  Hindistandan olan tanınmış professor və ictimai xadım Rita Citendra“Good Morning J&K” şousunun canlı yayımı zamanı ürək tutmasından vəfat edib. Veten-tv.Az  Rating: 0
Smiley face
scroll to top