Çərşənbə , 26 Sentyabr 2018

Home » Manset » İşsiz müəllimlərə daha bir şans verildi – Nazirlik

İşsiz müəllimlərə daha bir şans verildi – Nazirlik

Sentyabr 12, 2018 2:13 am Bölmə: Manset, Təhsil A+ / A-

1531119513_1Azərbaycanda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə daha bir şans verilib.

İkinci tur olacaq – sənəd qəbulu sentyabrın 14-dən başlayır.

Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri məlum olub. Təhsil Nazirliyindən İnterpress-ə verilən məlumata görə, 2018-2019-cu tədris ili üçün nazirliyin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1178 namizəd uğur qazanıb.

Müəllim adını qazanmış şəxslər sentyabr ayının 12-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3×4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə ikinci tur həyata keçiriləcək. İkinci tura elektron sənəd qəbulu isə 14-15 sentyabr tarixlərində aparılacaq.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İşsiz müəllimlərə daha bir şans verildi – Nazirlik Reviewed by on . Azərbaycanda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə daha bir şans verilib. İkinci tur olacaq - sənəd qəbulu sentyabrın 14-dən başlayır. Müəllimlərin Azərbaycanda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə daha bir şans verilib. İkinci tur olacaq - sənəd qəbulu sentyabrın 14-dən başlayır. Müəllimlərin Rating: 0
Smiley face
scroll to top