Şənbə , 17 Noyabr 2018

Home » Hadisə » Tbilisiyə yarışa gedən idmançımız faciəvi şəkildə öldü

Tbilisiyə yarışa gedən idmançımız faciəvi şəkildə öldü

Sentyabr 9, 2018 1:37 pm Bölmə: Hadisə, Manset A+ / A-

214407568Sambo üzrə Azərbaycan millisinin üzvü Kərimov Yusif Arif oğlu (52 kq) Gürcüstanda faciəvi şəkildə ölüb.

Veten-tv.Az-ın məlumatına görə, idmançı sərxoş sürücü tərəfindən vurulub.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, samboçular Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanıblar:

“Yığma komandanının 13 üzvü çəki mərasimindən çıxıb. Bizim və digər idmançılar səkinin üzərində dayanıblar. Bu zaman sərxoş sürücü idmançı Kərimov Yusif Arif oğlunu (23.03.1984) vurub. Aldığı ağır zərbədən idmançımız yerindəcə dünyasını dəyişib”.

Səmayə Məmmədova qeyd edib ki, artıq idmançının cəsədi Azərbaycana gətirilib:

“Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparıb. Gənclər və İdman Nazirliyi, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə danışıqlar keçirilib və idmançımızın cəsədi dünən gecə gətirilib”./Oxu.az

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Tbilisiyə yarışa gedən idmançımız faciəvi şəkildə öldü Reviewed by on . Sambo üzrə Azərbaycan millisinin üzvü Kərimov Yusif Arif oğlu (52 kq) Gürcüstanda faciəvi şəkildə ölüb. Veten-tv.Az-ın məlumatına görə, idmançı sərxoş sürücü tə Sambo üzrə Azərbaycan millisinin üzvü Kərimov Yusif Arif oğlu (52 kq) Gürcüstanda faciəvi şəkildə ölüb. Veten-tv.Az-ın məlumatına görə, idmançı sərxoş sürücü tə Rating: 0
Smiley face
scroll to top