Çərşənbə , 26 Sentyabr 2018

Home » Manset » 3 rayona icra başçısı təyin olunur

3 rayona icra başçısı təyin olunur

Sentyabr 8, 2018 5:29 pm Bölmə: Manset, Siyasət A+ / A-

mÖlkə başçısının müfaviq sərəncamları ilə bir sıra rayon və şəhərlərdə İcra Hakimiyyəti başçıları dəyişdirilir.

Yaxın vaxtlarda daha üç yeni icra başçısının təyinatı gözlənilir.

Belə ki, Mingəçevir şəhəri, Cəlilabad və Bakının Səbail rayonlarının İcra hakimiyyətlərinə yeni başçı təyinatları gerçəkləşəcək.

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Niyazi Bayramov həmin postdan azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə aparılıb.

Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizov Bakının Yasamal Rayon İcra Hakimiyyətinə başçı gətirilib. Səbail rayonunun sabiq rəhbəri Eldar Əzizov isə Bakı Şəhər İcra Hakimiyyətinin müavini təyin edilib və hazırda faktiki olaraq Meriyanı idarə edir./modern.az

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


3 rayona icra başçısı təyin olunur Reviewed by on . Ölkə başçısının müfaviq sərəncamları ilə bir sıra rayon və şəhərlərdə İcra Hakimiyyəti başçıları dəyişdirilir. Yaxın vaxtlarda daha üç yeni icra başçısının təyi Ölkə başçısının müfaviq sərəncamları ilə bir sıra rayon və şəhərlərdə İcra Hakimiyyəti başçıları dəyişdirilir. Yaxın vaxtlarda daha üç yeni icra başçısının təyi Rating: 0
Smiley face
scroll to top