Şənbə , 17 Noyabr 2018

Home » Cəmiyyət » Özünü “Qaçqınkom”un binasından atmaq istəyən məcburi köçkünə 4 otaqlı ev verildi

Özünü “Qaçqınkom”un binasından atmaq istəyən məcburi köçkünə 4 otaqlı ev verildi

Avqust 14, 2018 2:21 am Bölmə: Cəmiyyət, Manset A+ / A-

q Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll edilib.

N.Novruzzadə bu barədə “Qafqazinfo”ya məlumat verib.

O qeyd edib ki, intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olub: “Mənə Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verdi. Mənzilin sənədlərini də təqdim etdi. Dedi ki, bina oktyabr ayına kimi istifadəyə veriləcək. Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər”.

Onun sözlərinə bu ilin mart ayında Nizami rayonu Babək 87 ünvanında yerləşən evləri “Yusifoğlu” MMC tərəfindən sökülüb: ” Həmin ünvanda 112 ailə məskunlaşmışdı. Onlardan 54-ü məcburi köçkün idi. 54 nəfərdən 27-sinin kompensasiyasını verdilər, bizi isə beş aydır ki, süründürürlər. Sonunda belə addım atmağa qərar verdim”.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Özünü “Qaçqınkom”un binasından atmaq istəyən məcburi köçkünə 4 otaqlı ev verildi Reviewed by on .  Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll  Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll Rating: 0
Smiley face
scroll to top