Çərşənbə , 26 Sentyabr 2018

Home » Dünya » Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

Avqust 14, 2018 2:14 am Bölmə: Dünya, Manset A+ / A-

turkiyeTürkiyə ABŞ-ın iqtisadi hücumlarına cavab olaraq yeni bazarlara açılır.

Veten-tv.az  Publika.az-a istinadən xəbər verir ki, Türkiyə Çin, Meksika, Rusiya və Hindistana yeni ixracat planı hazırlayır.

Bu ölkələrin idxalat bazarı ümumilikdə 2,8 trilyon dollardan çoxdur. Hazırda Türkiyənin bu ölkələrə ixrac etdiyi məhsulların miqdarı 7 milyard dollar səviyyəsindədir. Bu miqdarı artırmağı planlaşdıran Türkiyə xüsusi strateji planlar hazırlayır.

Belə ki, Türkiyənin Çinə qida məhsulları, Hindistana dərman maddələri, Meksikaya texnoloji məhsullar ixrac etmək potensialı var, bununla yanaşı, Rusiyada inşaat xidməti sektorunda daha çox paya sahib olmaq planlaşdırılır.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da ABŞ-ın iqtisadi hücumuna cavab olaraq, “Bütün dünyaya və Türkiyəyə iqtisadi müharibə elan edənə cavabımızı yeni ittifaqlarla, yeni bazarlarla verəcəyik” bildirmişdi.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı Reviewed by on . Türkiyə ABŞ-ın iqtisadi hücumlarına cavab olaraq yeni bazarlara açılır. Veten-tv.az  Publika.az-a istinadən xəbər verir ki, Türkiyə Çin, Meksika, Rusiya və Hind Türkiyə ABŞ-ın iqtisadi hücumlarına cavab olaraq yeni bazarlara açılır. Veten-tv.az  Publika.az-a istinadən xəbər verir ki, Türkiyə Çin, Meksika, Rusiya və Hind Rating: 0
Smiley face
scroll to top