Şənbə , 17 Noyabr 2018

Home » Dünya » Hamının öldüyü təyyarə qəzasında 12 yaşlı uşaq sağ qaldı – FOTO

Hamının öldüyü təyyarə qəzasında 12 yaşlı uşaq sağ qaldı – FOTO

Avqust 13, 2018 11:12 am Bölmə: Dünya, Manset A+ / A-

tİndoneziyada təyyarə qəzasından yeganə sağ çıxan azyaşlı uşaq olub.

Veten-tv.Az xəbər verir ki, İsveçrənin “Pilatus Aircraft” aviaşirkətinin kiçik təyyarəsi ilə əlaqə avqustun 11-də İndoneziyanın Papua əyalətinin Oksibila hava limanına enişdən əvvəl itib.

Hava gəmisinin parçalarını bazar günü Papua-Yeni Qvineyada dağın ətəyindən tapıblar.

Qeyd olunur ki, təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla, doqquz nəfər olub. Qəza nəticəsində 12 yaşlı oğlandan başqa hamı ölüb. Uşaq tapılarkən huşsuz vəziyyətdə olub.

Bildirilir ki, yaxınlıqdakı kəndlərin sakinləri əvvəlcə güclü uğultu, sonra isə partlayış səsi eşidiblər. Hazırda qəzanın səbəbləri araşdırılır.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Hamının öldüyü təyyarə qəzasında 12 yaşlı uşaq sağ qaldı – FOTO Reviewed by on . İndoneziyada təyyarə qəzasından yeganə sağ çıxan azyaşlı uşaq olub. Veten-tv.Az xəbər verir ki, İsveçrənin “Pilatus Aircraft” aviaşirkətinin kiçik təyyarəsi ilə İndoneziyada təyyarə qəzasından yeganə sağ çıxan azyaşlı uşaq olub. Veten-tv.Az xəbər verir ki, İsveçrənin “Pilatus Aircraft” aviaşirkətinin kiçik təyyarəsi ilə Rating: 0
Smiley face
scroll to top