Bazar , 19 Avqust 2018

Home » Manset » Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı – FOTO/VİDE

Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı – FOTO/VİDE

Avqust 12, 2018 2:40 pm Bölmə: Manset, Siyasət, Video A+ / A-

?????????????????????????????????????????????????????????

Xəzəryanı dövlət başçıları Aktauda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Veten-tv.Az xəbər verir ki, təntənəli mərasim zamanı Konvensiyanı Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və İran prezidenti Həsən Ruhaniimzalayıblar.

Ekspertlər liderlərin imzaladığı sənədi Xəzər dənizinin “konstitusiyası” adlandırırlar.

Konvensiyaya əsaən, Xəzər xüsusi hüquqi statusa malik olacaq. Xəzər dənizinə nə BMT-nin dəniz hüququna dair 1982-ci il Konvensiyası, nə də transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilər.

Konvensiyaya əsasən, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalır, dibi və faydalı qazıntılar isə qonşu dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünür.

Beləliklə də, bütün Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəliblər.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı – FOTO/VİDE Reviewed by on . Xəzəryanı dövlət başçıları Aktauda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Veten-tv.Az xəbər verir Xəzəryanı dövlət başçıları Aktauda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Veten-tv.Az xəbər verir Rating: 0
Smiley face
scroll to top