Bazar , 21 Oktyabr 2018

Home » Manset » Azərbaycan və Tacikistan prezidentləri danışıqlarda – FOTO + VİDEO + YENİLƏNİB

Azərbaycan və Tacikistan prezidentləri danışıqlarda – FOTO + VİDEO + YENİLƏNİB

Avqust 10, 2018 1:35 pm Bölmə: Manset, Siyasət, Video A+ / A-

ilhamSənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

Veten-tv.Az xəbər verir ki, bu haqda prezidentin rəsmi saytı məlumat  yayıb.

11:36

Avqustun 10-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Veten-tv.Az xəbər verir ki, bu haqda prezidentin rəsmi saytı məlumat yayıb.

11:18

Avqustun 10-da rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Veten-tv.Az xəbər verir ki, Tacikistan prezidenti Emoməli Rəhmonu salamlayan Azərbaycan prezidenti İlham Əliyev deyib:

“Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər.

Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər məhsuldar olacaq. Həm Tacikistanda, həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tez-tez görüşürük.

Əlbəttə ki, gündəlikdə duran məsələləri ətraflı müzakirə etmək üçün yaranan bu imkan münasibətlərimizə yeni impuls verəcək”.

Tacikistan prezidenti Emoməli Rəhmon isə bunları deyib:

“Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik.

Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir.

Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək”.

09:58

Avqustun 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Veten-tv.Az xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.

09:21

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Veten-tv.Az xəbər verir ki, bu baərəd prezidentin rəsmi saytı məlumat yayıb.

09:17

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

Veten-tv.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Tacikistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər. /Oxu.az

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Azərbaycan və Tacikistan prezidentləri danışıqlarda – FOTO + VİDEO + YENİLƏNİB Reviewed by on . Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon mətbuata bə Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon mətbuata bə Rating: 0
Smiley face
scroll to top