Bazar , 19 Avqust 2018

Home » Hadisə » Ramanada atışma: Ölən var – VİDEO

Ramanada atışma: Ölən var – VİDEO

Avqust 10, 2018 2:33 am Bölmə: Hadisə, Manset, Video A+ / A-

rBakının Sabunçu rayonunda silahlı insident baş verib.

Veten-tv.az  Yenicag.az-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

***

Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Ramanada atışma: Ölən var – VİDEO Reviewed by on . Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Veten-tv.az  Yenicag.az-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşə Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Veten-tv.az  Yenicag.az-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşə Rating: 0
Smiley face
scroll to top