Bazar , 21 Oktyabr 2018

Home » Dünya » 7 aylıq hamilə arvadını döyə-döyə öldürdü

7 aylıq hamilə arvadını döyə-döyə öldürdü

İyul 20, 2018 1:13 am Bölmə: Dünya, Manset A+ / A-

tTürkiyənin Qaziantep bölgəsində 7 aylıq hamilə qadın dini nikahda yaşadığı əri tərəfindən döyülərək öldürülüb.

Veten-tv.az Publika.az-a istinadən xəbər verir ki, iddiaya görə, Aysel Kurtla dini nikahda yaşadığı İ.Ç arasında dünən axşam saatlarında səbəbi bilinməyən bir münaqişə yaşanıb.

İ.Ç-nin mübahisə zamanı A.Kurtu döyməsini öyrənən yaxınları hadisəyə müdaxilə edib. Cütlüyü sakitləşdirdikdən sonra evdən çıxıblar. Səhər təkrar evə gələn yaxınları A.Kurtu yerdə huşsuz halda tapıblar.

Qadın təcili xüsusi maşınla xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının 7 aylıq hamilə olduğu və uşağın da öldüyü bildirilib.

İ.Ç polis tərəfindən saxlanılıb. A.Kurtun ölüm səbəbi isə ekspertizanın nəticəsindən sonra bəlli olacaq. Ailənin bir övladının olduğu bildirilir.

Qızın atası Vakkas Kurt açıqlamasında qızının heç bir xəstəliyinin olmadığını deyib: “Dünən axşam evində olduq, dalaşmamaları üçün xəbərdarlıq etdik. Qızıma bizdən sonra nə etdilər bilmirik, səhər ürəyi dayanıb xəbəri ilə oyandıq”.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


7 aylıq hamilə arvadını döyə-döyə öldürdü Reviewed by on . Türkiyənin Qaziantep bölgəsində 7 aylıq hamilə qadın dini nikahda yaşadığı əri tərəfindən döyülərək öldürülüb. Veten-tv.az Publika.az-a istinadən xəbər verir ki Türkiyənin Qaziantep bölgəsində 7 aylıq hamilə qadın dini nikahda yaşadığı əri tərəfindən döyülərək öldürülüb. Veten-tv.az Publika.az-a istinadən xəbər verir ki Rating: 0
Smiley face
scroll to top