Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Hadisə » Qadını zorlayıb, öldürən dostların сəzası dəyişmədi

Qadını zorlayıb, öldürən dostların сəzası dəyişmədi

İyul 17, 2018 1:03 am Bölmə: Hadisə, Manset A+ / A-

sBakı Apellyasiya Məhkəməsində RF-nın vətəndaşı Samir Zenyukovun (1970-ci il təv.) və Bakı şəhər sakini Dmitriy Razumnıynın (1985-ci il təv.) CM-nin 120.2.1, 2.4., 2.6, 2.9 (qrup halında, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmə və köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29,149.2.1-ci ( qrup halında zorlamaya cəhd) və 150.2.1-ci ( qrup halında seksual xarakterli hərəkətlər etmə) maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Veten-tv.az-ın Oxu.Az-a istinadən məlumatına görə, ötən il aprelin 30-u səhər saat 10:30-da Neftçilər prospekti 91 ünvanın qarşısında avtopatrul maşınında xidmətdə olduqları vaxt Səbail rayon mühafizə idarəsinin əməkdaşlarına, həmin binada yaşayan bir qadın yaxınlaşıb, həyətlərində naməlum sərxoş qadının uzandığını bildirib.

Sakinin göstərdiyi yerə qadın meyiti aşkar edilib, sonra hadisə yerinə təcili-tibbi yardım həkimləri, RPİ və prokuruluq əməkdaşları cəlb olunub. Araşdırma zamanı cinayətin həmin binanın 39№li mənzilində yaşayan Samir Zenyukov və onunla birlikdə qalan Dmitriy Razumnıy tərəfindən törədilməsi müəyyən edilib. Hər ikisi evdə saxlanılıb.

Məlum olub ki, öldürülən qadın – 1971-ci il təv. Nizami rayonu, Çobanzadə küçəsi, ev 65 mənzil 41-də yaşayan Yelena Sandrandinovadır. Onun oğlu, anasının itkin düşməsi ilə əlaqədar Nizami r\n 23-cü polis bölməsinə müraciət edib. German Sandrandinovun sözlərinə görə, ayın 28-i günorta saat 13 radələrində anası evdən iş axtarmaq üçün çıxıb və geri qayıtmayıb. Həmin və növbəti gün istifadəsindəki telefona cavab verməyib.

İstintaqla müəyyən edilib ki, aprelin 30-u gecə saat 1 radələrində Samir Zenyukov yaşadığı mənzildə Yelena Sandrandinovaya cinsi əlaqədə olmağı təklif etdikdə, qadın rədd cavabı verərək, dəhlizə çıxıb. Buna görə Zenyukov zərərçəkənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib.

Səs-küyə gələn Dmitriy Razumnıy da Yelenaya yumruqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yerirərək, paltarlarını soyundurub və onu divana uzandırıb. Sonra Serqey qadının köməksiz vəziyyətindən istifadə edərək, seksual xarakterli zorakı hərəkətlər edib. Səhər saat 4 radələrində Sandrandinovanın öldüyünü gördükdə, törətdikləri cinayəti gizlətmək məqsədi ilə meyitin əyninə paltarlarını geyindiriblər və onu mənzildən çıxarıb, həyətin küncünə qoyublar.

Səhər saat 11-də qapı döyüləndə, polis əməkdaşları olduqlarını başa düşüblər. Dmitriy şkafın içərisində gizlənib, Samir isə divanda uzanıb. Onları 9-cu polis bölməsinə aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zenyukov 19 və D.Razumnıy 18 il müddətinə azadlıqdan məhrum olunublar.

Hökmdən zərərçəkmiş  məhkum S.Zenyukov barəsində apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, zərərçəkmişin şikayətini təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Qadını zorlayıb, öldürən dostların сəzası dəyişmədi Reviewed by on . Bakı Apellyasiya Məhkəməsində RF-nın vətəndaşı Samir Zenyukovun (1970-ci il təv.) və Bakı şəhər sakini Dmitriy Razumnıynın (1985-ci il təv.) CM-nin 120.2.1, 2.4 Bakı Apellyasiya Məhkəməsində RF-nın vətəndaşı Samir Zenyukovun (1970-ci il təv.) və Bakı şəhər sakini Dmitriy Razumnıynın (1985-ci il təv.) CM-nin 120.2.1, 2.4 Rating: 0
Smiley face
scroll to top