Bazar , 21 Oktyabr 2018

Home » Hadisə » Bakıda bağ evində dəhşətli hadisə: ev sahibi və xanımı qanına qəltan edildi – TƏFƏRRÜAT

Bakıda bağ evində dəhşətli hadisə: ev sahibi və xanımı qanına qəltan edildi – TƏFƏRRÜAT

İyul 16, 2018 10:42 pm Bölmə: Hadisə, Manset A+ / A-

1531755626_cb565788cf1b35da92bbae70a0d7edb8Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən bağ evində mühafizəçi və bağban kimi işləyən Sabirabad sakini, 1968-ci il təvəllüdlü İlqar Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb.

Bildirilir ki, əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıb. Dünən o əvvəllər həkim işləmiş və hazırda təqaüddə olan 1946-cı il təvəllüdlü Arzu Şuşalı ilə görüşmək üçün bağ evinə gəlib. Burada onlar arasında mübahisə yaranıb və İ.Xancanov kəsici alətlə ev sahibini və 71 yaşlı xanımı Əhmədova Dilarə Mehdiyevnaya çoxsaylı zərbələr endirib.

O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadını Arzu Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Lakin polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda qətl törədilib. Lent.az xəbər verir ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində 1968-ci il təvəllüdlü İlqar Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşını bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Tanınmış həkim olan və təqaüdə çıxmış Arzu Şuşalı isə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, İlqar Xancanov işdən çıxarıldığını öyrənəndən sonra ev sahibi və xanımını öldürmək qərarına gəlib və onların ikisini də bıçaqlayıb. O, qan içində olan ər və arvadını Arzu Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Özünü şübhəli apardığından maşın polislər tərəfindən saxlanılıb və dəhşətli cinayətin üstü açılıb.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda bağ evində dəhşətli hadisə: ev sahibi və xanımı qanına qəltan edildi – TƏFƏRRÜAT Reviewed by on . Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən bağ e Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən bağ e Rating: 0
Smiley face
scroll to top