Bazar , 21 Oktyabr 2018

Home » Dünya » Asiyanın ən zəngin insanının adı açıqlandı

Asiyanın ən zəngin insanının adı açıqlandı

İyul 15, 2018 2:08 am Bölmə: Dünya, Manset A+ / A-

74_main“Reliance Industries” şirkətinin həmtəsisçisi Mukeş Abmani Asiyanın ən zəngin insanı elan edilib.

Veten-tv.Az “Bloomberg”ə istinadla xəbər verir ki, o, “Alibaba Group”un təsisçisi Çek Manı arxada qoyub.

Abmaninin var-dövləti $44,3 mlrd, Manınkı isə – $44 mlrd təşkil edir.

Abmani yaxınlarda “Reliance Industries”in 2025-ci ilə qədər 2 dəfə inkişaf edəcəyini proqnozlaşdırıb. Onun fikrincə, bu, genişzolaqlı 4G İnternetinə çıxışı təmin edən “Jio” servisi hesabına mümkün olacaq.

Müəllim oğlu olan Ambani Hindistana poliesterin idxalı hesabına zənginləşib. 2000-ci illərin əvvəlindən şirkət mobil kommunikasiyalarla məşğul olmağa başlayıb, sonralar isə fəaliyyətini neft-qaz sahəsinə də genişləndirib.

Oxu.az

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Asiyanın ən zəngin insanının adı açıqlandı Reviewed by on . “Reliance Industries” şirkətinin həmtəsisçisi Mukeş Abmani Asiyanın ən zəngin insanı elan edilib. Veten-tv.Az “Bloomberg”ə istinadla xəbər verir ki, o, “Alibaba “Reliance Industries” şirkətinin həmtəsisçisi Mukeş Abmani Asiyanın ən zəngin insanı elan edilib. Veten-tv.Az “Bloomberg”ə istinadla xəbər verir ki, o, “Alibaba Rating: 0
Smiley face
scroll to top