Cümə , 20 İyul 2018

Home » Cəmiyyət » Qaxda qadını süfrə başında ilan sancıb

Qaxda qadını süfrə başında ilan sancıb

İyul 13, 2018 1:55 am Bölmə: Cəmiyyət, Manset A+ / A-

snake-bite-Worcester-724110Qaxda iki uşaq anasını yemək yeyən vaxtı ilan sancıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən axşam saat 22 radələrində rayonun Qapıçay kənd sakini 1990-cı il təvəllüdlü Süsən Murtuz qızı Gəncəliyeva ilan sancması xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan APA-ya bildirlib ki, iki övlad anası olan Süsən Gəncəliyeva yaşadığı ünvanın həyətyanı sahəsində axşam saatlarında ailəsi ilə birlikdə şam yeməyi yeyən zaman masanın altında olan ilan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb.

Süsən Gəncəliyevaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Qaxda qadını süfrə başında ilan sancıb Reviewed by on . Qaxda iki uşaq anasını yemək yeyən vaxtı ilan sancıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən axşam saat 22 radələrində rayonun Qapıçay kənd saki Qaxda iki uşaq anasını yemək yeyən vaxtı ilan sancıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən axşam saat 22 radələrində rayonun Qapıçay kənd saki Rating: 0
Smiley face
scroll to top