Cümə , 20 İyul 2018

Home » Manset » NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İyul 11, 2018 11:00 pm Bölmə: Manset, Siyasət A+ / A-

nNATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Veten-tv.Az-ın məlumatına görə, bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində keçirilən 29-cu sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə deyilir.

Bəyannamədə bildirilir: “Biz bütün tərəfdaşlarımızın xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müstəqil və suveren seçim etmək hüququnu dəstəkləməyə davam edirik”.

Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqlik bir daha təsdiqlənir:

“Bu baxımdan biz Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik.

Biz bütün tərəfləri konstruktiv və güclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq”.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir Reviewed by on . NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Veten-tv.Az-ın məlumatına görə, bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində k NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Veten-tv.Az-ın məlumatına görə, bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində k Rating: 0
Smiley face
scroll to top