Çərşənbə axşamı , 25 Sentyabr 2018

Home » Dünya » Azərbaycanlı qızın qayadan yıxılaraq öldüyü anın – ŞOK VİDEOSU

Azərbaycanlı qızın qayadan yıxılaraq öldüyü anın – ŞOK VİDEOSU

İyul 10, 2018 5:17 pm Bölmə: Dünya, Manset, Video A+ / A-
aTürkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində azərbaycanlı turist Məryəm Ömərovanın başına bədbəxt hadisə gəlib.
Qayalıqlara dırmaşan Məryəm müvazinətini itirib və nəticədə şəlalənin töküldüyü yerə düşərək ölüb.
Türk telekanallarının məlumatına görə, Məryəm iyulun 6-da bir qrup dostu ilə Kabak körfəzinə turist düşərgəsi qurmağa gedibmiş. Ötən gün axşam saatlarında isə o, körfəzin yaxınlığındakı Aladərə şəlaləsinə çıxıb və qayalıqlara dırmaşıb. Mənzərəni seyr edərkən bir anda müvazinətini itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə düşüb. Bu zaman həmin ərazidə qayalara dırmaşan başqa bir turist gənc qadının yıxıldığını görüb, təcili tibbi yardıma zəng edib.
Xilasedicilər və həkim briqadası qayalıq ərazidə 1,5 km məsafə qət edərək şəlaləyə çatıb və M. Ömərovanın cansız bədəni sudan çıxarılıb.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Azərbaycanlı qızın qayadan yıxılaraq öldüyü anın – ŞOK VİDEOSU Reviewed by on . Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində azərbaycanlı turist Məryəm Ömərovanın başına bədbəxt hadisə gəlib. Qayalıqlara dırmaşan Məryəm müvazinətini itiri Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində azərbaycanlı turist Məryəm Ömərovanın başına bədbəxt hadisə gəlib. Qayalıqlara dırmaşan Məryəm müvazinətini itiri Rating: 0
Smiley face
scroll to top