Bazar ertəsi , 10 Dekabr 2018

Home » Manset » İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə

İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə

İyun 15, 2018 3:01 am Bölmə: Manset, Təhsil, Video A+ / A-

mTəhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb.

Veten-tv.az bildirir ki, u barədə Oxu.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Cari ilin 4-11 iyun tarixlərində keçirilən elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb, 5865 namizədin ərizəsi qəbul edilib. Yerləşdirmə zamanı namizədlərin diaqnostik qiymətləndirilmə və müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri əsas tutulmaqla yanaşı, iş yerini dəyişdirmək üçün qeyd etdikləri səbəblər və sosial amillər nəzərə alınıb.

Yerləşdirmənin nəticələrinə əsasən, 1726 nəfər namizədin iş yerini dəyişməsinə razıllıq verilib. Nəticələr hər bi müəllimin şəxsi səhifəsində yerləşdirilib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsindən uğurla keçən namizədlərdən yerdəyişməni təsdiq etmələri məqsədilə müvafiq sənədləri cari ilin 27-28 iyun tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə gətirmələri tələb olunur.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə Reviewed by on . Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb. Rating: 0
Smiley face
scroll to top