Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Cəmiyyət » Bakı metrosunda gecə saat 4-də relslər üzərində şəkil çəkdirən qız kimdir? – FOTOLAR+ VİDEO

Bakı metrosunda gecə saat 4-də relslər üzərində şəkil çəkdirən qız kimdir? – FOTOLAR+ VİDEO

İyun 13, 2018 4:11 am Bölmə: Cəmiyyət, Manset, Video A+ / A-
meSosial şəbəkələrin aktiv istifadəçisi kimi tanınan Arzu Əhmədovanın “İnstagram”da paylaşdığı foto və videolar müzakirə mövzusuna çevrilib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı A.Əhmədova bu dəfə Bakı metrosunda foto çəkdirmək üçün özünü təhlükəyə atıb.

Belə ki, o, metronun Nəriman Nərimanov stansiyasında qatarın relsləri üzərində çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.

A.Əhmədova bununla yanaşı, “İnstagram” hesabındakı status bölməsində paylaşdığı videogörüntü ilə onun sözügedən metro stansiyasında gecə saat 4-də olduğu məlum olub.

Sosial şəbəkə istifadəçinin metronun işləmədiyi bir vaxtda stansiyada olmasının səbəbləri məlum deyil.

Qeyd edək ki, A.Əhmədova sosial şəbəkədə aktiv istifadəçilərdəndir.

Məlumat üçün bildirək ki, Bakı metrosu səhər saat 06:00-dan axşam saat 00:00-a qədər sərnişinlərin istiafdəsinə verilib.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin daxili qaydalarına görə, metro stansiyalarında qanunsuz foto və video çəkiliş aparmaq qadağan edilib.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakı metrosunda gecə saat 4-də relslər üzərində şəkil çəkdirən qız kimdir? – FOTOLAR+ VİDEO Reviewed by on . Sosial şəbəkələrin aktiv istifadəçisi kimi tanınan Arzu Əhmədovanın "İnstagram"da paylaşdığı foto və videolar müzakirə mövzusuna çevrilib. İnterpress.az-ın əldə Sosial şəbəkələrin aktiv istifadəçisi kimi tanınan Arzu Əhmədovanın "İnstagram"da paylaşdığı foto və videolar müzakirə mövzusuna çevrilib. İnterpress.az-ın əldə Rating: 0
Smiley face
scroll to top