Bazar ertəsi , 10 Dekabr 2018

Home » Manset » İlham Əliyev 4 sərəncam imzaladı

İlham Əliyev 4 sərəncam imzaladı

İyun 11, 2018 8:47 pm Bölmə: Manset, Siyasət A+ / A-

Ilham-Eliyev-0-0Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində peşəkar milli kadrların hazırlanması işində fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Hətəmov Əhməd Süleyman oğlu

Kazımov Kazım Tahir oğlu

“Hərbi xidmətlərə görə” medalı ilə

Dadaşov İlqar Firdovsi oğlu – polkovnik

Həsənov Hüseynqulu Həsənbala oğlu – polkovnik

Mahmudov Elçin Musa oğlu – polkovnik

Qarayev Malik Fikrət oğlu – polkovnik.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Arif Məmmədovun Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru təyin edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250,0 (iki yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250,0 (iki yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100,0 (yüz) min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100,0 (yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100,0 (yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. “Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1134; 2012, № 2, maddə 117; 2014, № 2, maddə 112; № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çin Xalq Respublikası tərəfinə bildiriş göndərsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yevda Abramovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilib.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İlham Əliyev 4 sərəncam imzaladı Reviewed by on . Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərənc Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərənc Rating: 0
Smiley face
scroll to top