Cümə , 20 İyul 2018

Home » Hadisə » Bakıda həbsxanada silahlı insident: yaralanan var

Bakıda həbsxanada silahlı insident: yaralanan var

İyun 10, 2018 12:38 am Bölmə: Hadisə, Manset A+ / A-

cəzaçəkmə müəssisəsindəBakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Əsgərlərdən birinin  əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda həbsxanada silahlı insident: yaralanan var Reviewed by on . Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaç Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaç Rating: 0
Smiley face
scroll to top