Cümə , 20 İyul 2018

Home » Cəmiyyət » Bakını içməli su ilə təmin edən Ceyranbatan Anbarında İYRƏNC FAKTIN ÜSTÜ AÇILDI

Bakını içməli su ilə təmin edən Ceyranbatan Anbarında İYRƏNC FAKTIN ÜSTÜ AÇILDI

İyun 7, 2018 10:17 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı suları bu Su Anbarına axıdılıb.

ceyranbatannVeten-tv.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Ceyranbatan Su Anbarını qidalandırmayan kanalın sanitar-mühafizə zonasında yerləşən heyvandarlıq təsərrüfatlarında və “Ceyranbatan Dəmir-Beton” ASC-də formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.

Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və aidiyyəti orqanlara məktublar göndərilib.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakını içməli su ilə təmin edən Ceyranbatan Anbarında İYRƏNC FAKTIN ÜSTÜ AÇILDI Reviewed by on . Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı suları bu Su Anbarına axıdılıb. Veten-tv.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az- Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı suları bu Su Anbarına axıdılıb. Veten-tv.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az- Rating: 0
Smiley face
scroll to top