Çərşənbə , 20 Mart 2019

Home » Ədəbiyyat » Gənc vətənpərvər yazarlardan aprel şəhidlərinə şeir

Gənc vətənpərvər yazarlardan aprel şəhidlərinə şeir

May 18, 2018 12:23 am Bölmə: Ədəbiyyat A+ / A-

252Yadımdan çıxmayır sənin fəryadın,
Axirət məni çox sıxır, ana.
Sənin ki gözündən yaş yağış tək axır,
Mən daha torpağam, daşam, ay ana.

Dedim ki, ay ana, gedirəm əsgər.
Dedin ki, ey oğul, Vətən borcudur.
Dedim ki, ay ana, yolumu gözləmə,
Bəlkə də bir güllə qismətim oldu.

Bu Vətən çoxların sıxıb bağrına,
Məni də qoynuna aldı, ay ana.
Demə ki, oğlun dünyadan köçüb,
Şəhidlər ölməz, ölməz, ay ana.

Adımı tarixə qan ilə yazdım,
Vətən üçün yaşayıb yandım, ay ana.
Oxuyub azadlıq nəğmələrini,
Azadlıq himnini yazdım, ay ana.

Ürəyimdə Vətən eşqi yaşatdım,
Sabahlara işıq salıb nur saçdım.
Millət üçün gələcəyə yol açdım,
Vətənçün şəhid oldum, məni qınama.

Şəhidlik mətnlik, dönməzlik yolu,
Şəhidlik zirvədir, ölməzlik yolu.
Şəhidlik əbədi azadlıq yolu,
Şəhidlər ölməz, ölməz, ay ana.

Elcan Məmiyev(N. Maşıyev adına Şinəband kənd ümumi-orta məktəbinin 8-ci sinif şagirdi)
Şahin Dağlaroğlu( Gənc vətənpərvər yazar)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Gənc vətənpərvər yazarlardan aprel şəhidlərinə şeir Reviewed by on . Yadımdan çıxmayır sənin fəryadın, Axirət məni çox sıxır, ana. Sənin ki gözündən yaş yağış tək axır, Mən daha torpağam, daşam, ay ana. Dedim ki, ay ana, gedirəm Yadımdan çıxmayır sənin fəryadın, Axirət məni çox sıxır, ana. Sənin ki gözündən yaş yağış tək axır, Mən daha torpağam, daşam, ay ana. Dedim ki, ay ana, gedirəm Rating: 0
Smiley face
scroll to top