Çərşənbə axşamı , 26 Mart 2019

Home » Cəmiyyət » Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimin işi üzrə istintaq yekunlaşıb

Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimin işi üzrə istintaq yekunlaşıb

Mart 12, 2018 6:22 pm Bölmə: Cəmiyyət A+ / A-

1494591186_22Sumqayıt Şəhər Məhkəməsində “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun Сinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Veten-Tv.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Arzu Qurbanlı 2016-cı il iyunun 16-da, günorta saatlarında şəhərin “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.

Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses martın 14-nə təyin olunub.

Qeyd edək ki, əvvəlki iclaslarda İ.Qəmbərov bildirib ki, ona qarşı saxta ittihamlar irəli sürülüb və müstəntiq istintaqı qeyri-obyektiv aparıb. Zərərçəkmiş dəymiş ziyana görə təqsirləndiilən şəxsdən 100.000 manat təzminat istəyib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimin işi üzrə istintaq yekunlaşıb Reviewed by on . Sumqayıt Şəhər Məhkəməsində “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun Сinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-c Sumqayıt Şəhər Məhkəməsində “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun Сinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-c Rating: 0
Smiley face
scroll to top