Çərşənbə axşamı , 22 May 2018

Home » Hadisə » Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO + VİDEO

Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO + VİDEO

Mart 12, 2018 10:30 am Bölmə: Hadisə, Manset, Video A+ / A-

2Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Veten-tv.Az Report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” markalı avtomobillə “50-BY-671” dövlət qeydiyyat nişanlı “Oka”nın toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər “Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələlik məlum olmayan sərnişinidir.

Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, “Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Paylaş:

Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO + VİDEO Reviewed by on . Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Veten-tv.Az Report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” ma Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Veten-tv.Az Report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” ma Rating: 0
Smiley face
scroll to top