Bazar ertəsi , 10 Dekabr 2018

Home » Hadisə » Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü: 19 yaralı

Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü: 19 yaralı

Mart 11, 2018 2:47 pm Bölmə: Hadisə, Manset A+ / A-

avtoYevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

Veten-Tv.Az Report-a istinadla xəbər verir ki, onlar 2003-cü il təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həmin şəxslər Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsi qızı, İlyasova Tavat Sərraf qızı, Əhmədov Pənah, Əntiqə Qaşqarlıdır.

Yaralılardan Əntiqə Qaşqarlının və daha birinin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü: 19 yaralı Reviewed by on . Yevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət Yevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət Rating: 0
Smiley face
scroll to top