Çərşənbə axşamı , 19 İyun 2018

Home » Dünya » ABŞ-da qəza: 60 maşın toqquşdu – VİDEO

ABŞ-da qəza: 60 maşın toqquşdu – VİDEO

Mart 10, 2018 12:25 am Bölmə: Dünya A+ / A-

1049715146ABŞ-ın Miçiqan ştatında qar çovğunu ilə əlaqədar avtomagistralda kütləvi qəza baş verib.

Veten-Tv.Az “Fox2Detroit”ə istinadən xəbər verir ki, zəncirvari qəzada 60-a yaxın avtomobil bir birinə toqquşub.

Hadisə Cəkson rayonunun I-94 nömrəli avtomagistralında qeydə alınıb.

Yerli rəsmilərin məlumatına görə, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Habelə xəsarətlərin həyati təhlükəli olmadığı deyilir.

Qəzaya uğramış maşınlar arasında çox sayda yük maşını var. Rəsmilər qəzanın qar çovğunu zamanı yaranan məhdud görmə şəraiti ucbatından baş verdiyini bildirir.

Yerli telekanalın helikopterlə səmadan çəkdiyi görüntünü təqdim edirik.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


ABŞ-da qəza: 60 maşın toqquşdu – VİDEO Reviewed by on . ABŞ-ın Miçiqan ştatında qar çovğunu ilə əlaqədar avtomagistralda kütləvi qəza baş verib. Veten-Tv.Az “Fox2Detroit”ə istinadən xəbər verir ki, zəncirvari qəzada ABŞ-ın Miçiqan ştatında qar çovğunu ilə əlaqədar avtomagistralda kütləvi qəza baş verib. Veten-Tv.Az “Fox2Detroit”ə istinadən xəbər verir ki, zəncirvari qəzada Rating: 0
Smiley face
scroll to top
Inline
Inline