Bazar ertəsi , 10 Dekabr 2018

Home » Təhsil » Maksimum bal toplayan müəllim: “İş yerimi Kəlbəcərə dəyişmək istərdim”

Maksimum bal toplayan müəllim: “İş yerimi Kəlbəcərə dəyişmək istərdim”

Mart 9, 2018 4:29 pm Bölmə: Təhsil A+ / A-

1512722804_gunay1501591176Müəllimlərin işə qəbulu üzrə imtahanlar bir neçə gündür davam edir. Bu müddətdə müəllim olmaq istəyən minlərlə şəxs özünü sınayıb. İmtahanlarda aşağı nəticə göstərənlərlə yanaşı, bütün sualları düzgün cavablandıranlar da olub. Kəlbəcər rayonundan olan Günay İlham qızı Allahverdiyeva 60 sualın hamısına düzgün cavab verərək, maksimum bal toplayıb.

Modern.az-ın əməkdaşı Günay Allahverdiyeva ilə həmsöhbət olub:

– Günay xanım, indiyə kimi hardasa işləmisiniz?

– Magistraturada oxuduğum son 2 ildə hazırlıq kurslarında işləmişəm.

– İmtahandan yüksək bal toplayacağınıza inamınız vardımı?

– Bəli inanırdım. 60 olmasa da, ən azı ona yaxın nəticə toplayacağıma əmin idim.

– Yüksək bal toplamaq üçün necə hazırlaşmısınız?

– Mənim ixtisasım riyaziyyatdır. İxtisasımla sırf müəllimlik imtahanı üçün yox, savadlı müəllim olmaq üçün hər zaman məşğul olmuşam. Məntiqli magistraturaya hazırlaşan zaman məşğul olmuşdum. Metodikanı isə 15 gün kitabdan dərk edib oxumaq bəs etdi.

– İmtahandan yüksək bal toplamaq istəyənlərə tövsiyəniz nədir?

– İxtisası yaxşı öyrənmək üçün əlindən gələni etmək lazımdır. Bundan sonrası asandı. Məntiqə vərdiş, metodikanı isə anlama yetərli olur.

– Əslən Kəlbəcərdənsiniz. Kəlbəcər işğldan azad olunsa, orada işləmək istərdiniz?

– Əlbəttə… Ümid edirəm ki, Kəlbəcər tezliklə işğaldan azad olunacaq və mən təkrar imtahanla, yaxud yerdəyişmə ilə öz doğma rayonumuzda müəllimlik fəaliyyətimi davam etdirəcəyəm.

– Gələcəklə bağlı planlarınız nələrdən ibarətdir?

– Orta məktəblərin birində işləmək, şagirdlərimə riyaziyyatı sevdirərək, tədris etmək. Hələ ki planım bundan ibarətdir.(A24.Az)

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Maksimum bal toplayan müəllim: “İş yerimi Kəlbəcərə dəyişmək istərdim” Reviewed by on . Müəllimlərin işə qəbulu üzrə imtahanlar bir neçə gündür davam edir. Bu müddətdə müəllim olmaq istəyən minlərlə şəxs özünü sınayıb. İmtahanlarda aşağı nəticə gös Müəllimlərin işə qəbulu üzrə imtahanlar bir neçə gündür davam edir. Bu müddətdə müəllim olmaq istəyən minlərlə şəxs özünü sınayıb. İmtahanlarda aşağı nəticə gös Rating: 0
Smiley face
scroll to top