Bazar ertəsi , 10 Dekabr 2018

Home » İdman » İspaniya klubları “Qarabağ”ı sıxışdırıb

İspaniya klubları “Qarabağ”ı sıxışdırıb

Mart 9, 2018 12:30 pm Bölmə: İdman A+ / A-

atletikoAvrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA sıralaması bəlli olub.

Veten-Tv.az Oxu.Az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının dörd, Avropa Liqasının səkkiz görüşü cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Bu siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son beş mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabağ” üç pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.

Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.

Qeyd edək ki, digər komandalarımızın mövqeləri dəyişməz qalıb.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İspaniya klubları “Qarabağ”ı sıxışdırıb Reviewed by on . Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA sıralaması bəlli olub. Veten-Tv.az Oxu.Az-a istinadən xəbər verir ki, Çem Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA sıralaması bəlli olub. Veten-Tv.az Oxu.Az-a istinadən xəbər verir ki, Çem Rating: 0
Smiley face
scroll to top