Çərşənbə axşamı , 25 Sentyabr 2018

Home » Cəmiyyət » Üç manata görə qadını öldürən şəxs danışdı – VİDEO

Üç manata görə qadını öldürən şəxs danışdı – VİDEO

Mart 9, 2018 12:24 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

2Fevralın 27-si, saat 03:00 radələrində Gəncə şəhəri Nəriman Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

Veten-Tv.Az ARB TV-yə istinadən xəbər verir ki, alov söndürüldükdən sonra içəridən ev sahibi Natella Katiblinin yanmış meyiti tapılıb.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı mərhumun boğaz nahiyəsində kəsik olduğu, qabırğalarının isə sındığı müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının tamah məqsədilə boğularaq öldürüldüyü, sonradan evinin yandırıldığı müəyyən edilib.

Görülmüş tədbirlərlə mərhumun qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Elçin Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

“Üç manat istədim, dedi, yoxumdur. Məni söyüb, qovmaq istəyəndə, mən də girdim evə. İçkili idim, vurdum, yıxıldı. Bir də dedim, üç manat ver, yenə dedi, yoxumdur, söydü məni. Gördüm ki, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün”, – saxlanılan Elçin Mustafayev bildirib.

Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra fantaziyasını işə salıb. O, evi yandırmaqla iz itirmək istəyib.

“Elçin Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparıb, lakin hər hansı bir qiymətli əşya və pul tapmayıb. Mərhumun mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırmaqla mənzili tərk edib”, – Gəncə Şəhər Prokurorluğunun böyük müstəntiqi Tural Məmmədov qeyd edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Üç manata görə qadını öldürən şəxs danışdı – VİDEO Reviewed by on . Fevralın 27-si, saat 03:00 radələrində Gəncə şəhəri Nəriman Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Veten-Tv.Az ARB TV-yə istinadən xəbə Fevralın 27-si, saat 03:00 radələrində Gəncə şəhəri Nəriman Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Veten-Tv.Az ARB TV-yə istinadən xəbə Rating: 0
Smiley face
scroll to top